...

Hayde Bruneder: Azərbaycanda çempionat çox gözəl təşkil olunub

İdman Materials 12 İyun 2014 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir A.Bədəlova/

Bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda üçüncü dəfədir keçirilir. Trend-in məlumatına görə, bunu Avropa Gimnastika İttifaqının (UEG) bədii gimnastika üzrə Texniki Komitəsinin sədri Hayde Bruneder iyunun 13-dən 15-dək Bakıda keçiriləcək bədii gimnastika üzrə 30-cu Avropa çempionatına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Bakıda bədii gimnastika üzrə Avropa çempionatı xüsusilə texniki tərəfdən çox gözəl təşkil olunub.

O, turnirin ideal şəraitdə keçiriləcəyinə və iyunun 15-də axşam uğurla başa çatacağına əmin olduğunu bildirib: "Ümid edirik ki, biz Bakıya belə hadisələrlə bağlı sonuncu dəfə gəlməyəcəyik".

Qeyd edək ki, bədii gimnastika üzrə yubiley Avropa çempionatı iyunun 13-15-də Milli Gimnastika Arenasında keçiriləcək. 9 medal dəsti uğrunda qitənin 33 ölkəsindən 258 idmançı mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti