Azərbaycan, Bakı, 2 sentyabr /Trend/
Türkiyənin Rizə vilayətinin Ardeşen rayonunda keçirilən 3-cü Beynəlxalq Ardeşen Offroad yarışları başa çatıb.
Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə bu yarışlarda təmsil olunan Offroad milli komandamız-pilot Azər Abıyev və şturman Vaxtanq Sakhokia S2 kateqoriyasında 1-ci yeri, ümumi kateqoriya yarışlarda isə ikinci yeri tutub. Bu barədə Trend-ə federasiyadan məlumat verilib.
Xatırladaq ki, avqustun 30-31-də keçirilən 3-cü Beynəlxalq Ardeşen Offroad yarışlarında Azərbaycan, Türkiyə, Gürcüstan, İran və Ermənistandan 100-ə qədər idmançı iştirak edib.