...

Azərbaycan idmançıları Avropa Xüsusi Yay Oyunlarında iştirak edəcəklər (FOTO)

İdman Materials 5 Sentyabr 2014 17:26 (UTC +04:00)
Azərbaycan Xüsusi Olimpiya Komitəsinin 42 nəfərdən ibarət nümayəndə heyəti sentyabrın 9-dan 21-dək Belçikanın Antverpen şəhərində keçiriləcək Avropa Xüsusi Yay Oyunlarında iştirak edəcək.
Azərbaycan idmançıları Avropa Xüsusi Yay Oyunlarında iştirak edəcəklər (FOTO)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin 42 nəfərdən ibarət nümayəndə heyəti sentyabrın 9-dan 21-dək Belçikanın Antverpen şəhərində keçiriləcək Avropa Xüsusi Yay Oyunlarında iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə Komitənin prezidenti Şahin Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Ş.Əliyev bildirib ki, Belçika iqliminə uyğunlaşmaq məqsədilə nümayəndə heyətimiz 9-12 sentyabr tarixlərində Lomel şəhər meriyasının qonağı olacaq.

Onun sözlərinə görə, bu tədbirdə Lomel şəhərinin türk icması və Azərbaycanın Belçikadakı səfirliyinin əməkdaşları da yaxından iştirak edəcəklər.

Ş.Əliyev idmançılarımızın hazırlıq səviyyəsinin yüksək olduğunu diqqətə çatdıraraq, yarışlardan uğurlu nəticələrlə qayıdacaqlarına ümid etdiyini bildirib.

Qeyd edək ki, Xüsusi Olimpiya Komitəsi (AXOK) əlilliyi olan uşaqlar üçün bərabər imkanlar yaratmaq və idmanla onların tam potensiallarının aşkarlanmasına yardım etmək üçün proqramlar həyata keçirir.

Sentyabrın 14-də Oyunların keçirilməsinə start veriləcək. Oyunlarda 10 idman növü üzrə (atletika, badminton, boççe, cüdo, üzgüçülük, gimnastika, futbol, velosport, tennis, UNIFIED basketbol) 58 ölkədən 2 min atlet, 1000 məşqçi-müəllim iştirak edəcək və 300 hakim və hakim köməkçisi, eyni zamanda, 7 min könüllü və 300 tibb işçisi Oyunlarda xidmət göstərəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti