Azərbaycan, Bakı, 8 sentyabr /Trend/
Polşanın Qlivitse şəhərində qadınlar arasında boks üzrə beynəlxalq turnirə yekun vurulub.
Trend Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, yarışda yerli idmançılarla yanaşı, Çexiya, Almaniya, Finlandiya, Fransa, Ukrayna və Macarıstannın ümumilikdə 90 dəri əlcək ustası iştirak edib.
54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova 1-ci yerə layiq görülüb. Milli komandamızın üzvü finalda Çexiya nümayəndəsi Lenka Kardovanı 3:0 hesabı ilə məğlub edib. A.Əlimərdanova həm də turnirin ən texnikalı boksçusu üçün ayrılmış xüsusi mükafata layiq görülüb.
Digər təmsilçimiz Yana Alekseva isə yarımfinalda uduzaraq 3-cü yerə sahib olub.