...

"Qızıl top"un sahibi gələn il bilinəcək

İdman Materials 25 Sentyabr 2014 20:32 (UTC +04:00)
"Qızıl top"un təqdim edilmə mərasimi 2015-ci il yanvarın 12-də İsveçrənin Sürix şəhərində keçiriləcək.
"Qızıl top"un sahibi gələn il bilinəcək

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

"Qızıl top"un təqdim edilmə mərasimi 2015-ci il yanvarın 12-də İsveçrənin Sürix şəhərində keçiriləcək.

Trend-in FIFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, mərasimdə, eyni zamanda, ilin ən yaxşı qadın futbolçusu, ən yaxşı kişi və qadın məşqçisi, ilin ən gözəl qolunun sahibi (Ferents Puşkaş adına mükafat) müəyyənləşəcək.

Bundan başqa, mərasimdə "Prezident mükafatı" (futbola töhfəyə görə), "Fair-play prizi" (təmiz oyuna görə mükafat) təqdim olunacaq, 11 oyunçudan ibarət ilin komandası elan ediləcək.

Namizədlərin siyahısı oktyabrın 24-də və 28-də açıqlanacaq.

Qeyd edək ki, ötən il "Qızıl top"a Kriştiano Ronaldo layiq görülmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti