...

Elman Rüstəmov: Şahmatın inkişafına dair Dövlət Proqramının müddətinin daha 5 il artırılmasına zərurət yaranıb

İdman Materials 3 Oktyabr 2014 15:04 (UTC +04:00)
Qran-Pri şahmatsevərlər üçün əsl bayramdır. Trend xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.
Elman Rüstəmov: Şahmatın inkişafına dair Dövlət Proqramının müddətinin daha 5 il artırılmasına zərurət yaranıb

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İlkin İzzət/

Qran-Pri şahmatsevərlər üçün əsl bayramdır. Trend xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov jurnalistlərə açıqlamasında deyib.

E.Rüstəmov bildirib: "Bakıda 12 güclü şahmatçı mübarizə aparır. Biz onlar üçün hər cür şərait yaratmışıq. Sözsüz ki, çox istərdik bizim şahmatçılarımız qələbə qazansın. Həm Teymura, həm Şəhriyara ümid böyükdür".

Federasiya prezidenti qeyd edib ki, FİDE prezidenti Kirsan İlyumjinovla söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin şahmatın inkişafına dair imzaladığı Dövlət Proqramı müzakirə edilib: "Proqramın icrası həyata keçirildi. Kütləvilik, şahmatın daha da populyarlaşması üçün işlər görüldü. Millimiz bu illərdə iki dəfə Avropa çempionu oldu, SOCAR klubu sayəsində iki dəfə Avropa Kubokunu qazandıq. Dövlət Proqramının daha 5 il müddətinə artırılmasına zərurət yaranıb. Bəzi məsələlər var ki, onları reallaşdırmaq lazımdır. Şahmatın daha yüksək səviyyədə təqdim olunması üçün bu vacibdir".

E.Rüstəmov deyib ki, infrastruktur artıq yaradılıb, ölkədə 65 uşaq şahmat məktəbi fəaliyyət göstərir: "Eyni zamanda, FİDE rəhbərliyini əmin etdik ki, Azərbaycan gələn il Dünya Kuboku, 2016-cı ildə isə şahmat olimpiadasını yüksək səviyyədə keçirəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti