...

"Bakı 2015" Avropa Oyunlarının Könüllülər Proqramı "Nar Mobile" tərəfindən dəstəklənir

İdman Materials 15 Oktyabr 2014 15:28 (UTC +04:00)
"Bakı 2015" Avropa Oyunları Azərbaycanın bu günə kimi həyata keçirdiyi ən böyük Könüllülər Proqramına "Nar Mobile" tərəfindən dəstək göstəriləcəyini elan edir.
"Bakı 2015" Avropa Oyunlarının Könüllülər Proqramı "Nar Mobile" tərəfindən dəstəklənir

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

"Bakı 2015" Avropa Oyunları Azərbaycanın bu günə kimi həyata keçirdiyi ən böyük Könüllülər Proqramına "Nar Mobile" tərəfindən dəstək göstəriləcəyini elan edir.

Sazişin bir hissəsi kimi "Nar Mobile" şirkəti Azərbaycanda fəaliyyət göstərən 140 və Bakı şəhərində fəaliyyət göstərən 8 əsas mağazasında geniş reklam işi aparacaq.

"Bakı 2015" Avropa Oyunlarının rəsmi tərəfdaşı olan Nar Mobile, həmçinin 12 min könüllünün Avropa Oyunları ilə bağlı ən son məlumatlardan xəbərdar olmasına imkan verən yeni mobil proqram yaradacaq.

"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru S.Kleq deyib: "Bakı 2015 Avropa Oyunlarının Könüllülər Proqramı Azərbaycanlı gənclərin birinci Avropa Oyunlarının bir hissəsi olması üçün böyük imkandır. Artıq könüllülərimizin işə cəlb olunmasında və onlara təlimlərin keçirilməsində Nar Mobile şirkətinin tam dəstəyini almaq çox gözəldir. Avropa Oyunlarının başlanmasına geri qalan günlərin sayımına davam edirik. Belə bir vaxtda şirkətin Azərbaycan gəncləri ilə ünsiyyətdə olmaq bacarıqları əvəzedilməz olacaq".

Əhalinin 58 faizini təşkil edən 34 yaşdan aşağı olan Azərbaycanın gənc nəsli ölkənin gələcək taleyinin həllində mühüm rol oynayacaq və "Bakı 2015" Avropa Oyunlarından sonra qalacaq irsdən faydalanacaq.

Könüllülər Oyunlar zamanı rəsmi şəxsləri və idmançıları qarşılamaq, idman tədbirlərində çalışmaq və ya media nümayəndələrinə köməklik göstərmək kimi vəzifələri icra etmək imkanı əldə edəcəklər.

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan Nar Mobile "Bakı 2015" Avropa Oyunlarının rəsmi mobil telekommunikasiyalar xidməti üzrə təchizatçısıdır.

"Nar Mobile" şirkətinin baş icraçı direktoru Kent Makneli deyib: "Avropa Oyunları möhtəşəm yarışlar olacaq və biz Könüllülər Proqramı ilə tərəfdaşlıq vasitəsilə Bakı 2015 Avropa Oyunlarına dəstəyimizi göstərməkdən fəxr hissi duyuruq. Qabaqcıl texniki imkanlarımız və Azərbaycan gəncləri ilə güclü əlaqələrimiz sayəsində biz könüllülərin inkişafına kömək etmək və Oyunlardan sonra ölkədə uzunmüddətli müsbət irsin qalacağını təmin etmək üçün yaxşı imkan əldə etmişik".

Könüllülərlə işləmək üçün "Nar Mobile", həmçinin özünün sosial media kanalları, mətn mesajları və yeni yaradılmış bir sıra qısa filmləri vasitəsilə də "Bakı 2015" Avropa Oyunları ilə bağlı təşviqat işi aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti