...

Klub uduzduğuna görə azakeşlərin pullarını qaytaracaq

İdman Materials 21 Oktyabr 2014 16:28 (UTC +04:00)
İngiltərənin "Sanderlend" futbol klubunun rəhbərliyi ölkə çempionatı çərçivəsində səfərdə "Sauthempton"a 0:8 hesabı ilə məğlub olduqlarına görə həmin oyuna bilet almış azarkeşlərinin pullarını qaytarmaq qərarına gəlib.
Klub uduzduğuna görə azakeşlərin pullarını qaytaracaq

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

İngiltərənin "Sanderlend" futbol klubunun rəhbərliyi ölkə çempionatı çərçivəsində səfərdə "Sauthempton"a 0:8 hesabı ilə məğlub olduqlarına görə həmin oyuna bilet almış azarkeşlərinin pullarını qaytarmaq qərarına gəlib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, bununla belə, klub azarkeşlərin yol xərclərini ödəməyəcək.

Səfər tribunasında biletlərin qiyməti 24 funt-sterlinq təşkil edib, lakin Sauthemptona getmək üçün yol xərci isə daha çox olub. Belə ki, bəzi azarkeşlər təkcə qatarla getmək üçün 152 funtlarından keçməli olublar.

Daha əvvəl isə "Sanderlend"in qapıçısı Vito Mannone klubun oyununu izləmək üçün Sauthemptona gəlmiş 2600 azarkeşin yol pulunu kompensasiya etməyi təklif etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti