...

"Qarabağ" lider, "Neftçi" ikincidir

İdman Materials 29 Oktyabr 2014 19:52 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.
"Qarabağ" lider, "Neftçi" ikincidir

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu tura yekun vurulub.

Trend-in məlumatına görə, son oyunda "İnter" və "Qarabağ" klubları qarşılaşıblar. Bakıda keçirilən matç elə başladığı kimi də başa çatıb - 0:0.

Beləliklə, "Qarabağ" 9 oyundan sonra 18 xalla turnir cədvəlinə liderlik edir, "Neftçi" və "Qəbələ" isə liderdən 1 xal geri qalmaqla ikinci və üçüncü yerləri bölüşürlər.

Turun digər oyunları:

AZAL - "Simurq" - 2:2
"Araz Naxçıvan" - "Qəbələ" - 0:1
"Bakı" - "Neftçi" - 1:3
"Sumqayıt" - "Xəzər Lənkəran" - 1:2

Məqalədə:
Xəbər lenti

Xəbər lenti