...

İtaliya futbolunda "banan" qalmaqalı

İdman Materials 5 Noyabr 2014 16:07 (UTC +04:00)
FIFA UEFA-nın İtaliya Futbol Federasiyasının (İFF) prezidenti Karlo Tavekkioya qarşı sanksiyalarını genişləndirib. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, buna səbəb onun seçki kampaniyası zamanı irqçilik ifadələri olub.
İtaliya futbolunda "banan" qalmaqalı

Azərbaycan, Bakı, 5 noyabr /Trend/

FIFA UEFA-nın İtaliya Futbol Federasiyasının (İFF) prezidenti Karlo Tavekkioya qarşı sanksiyalarını genişləndirib. Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, buna səbəb onun seçki kampaniyası zamanı irqçilik ifadələri olub.

Məlumata görə, K.Tavekkio FIFA ilə bağlı istənilən fəaliyyətdən 6 ay müddətinə uzaqlaşdırılıb. UEFA oktyabrın 7-də İFF prezidentini 6 ay müddətinə diskvalifikasiya etmişdi.

Xatırladaq ki, K.Tavekkio iyulun sonunda bəyan etmişdi ki, İtaliyada xeyli sayda legioner var: "İtaliyaya şərti "Opti Poba" gəlir. O, hələ dünən banan yeyirdi, bu gün isə "Latsio"nun birinci komandasının futbolçusudur".

İtaliyada "Opti Poba"nın "Yuventus"un oyunçusunun olduğunu güman ediblər.

Sonradan K.Tavekkio dediyi sözlərdən imtina etmişdi: "Heç kəsin xətrinə dəymək istəmirdim və "banan" sözünü işlətməmişəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti