...

Bekhemin böyük oğlu da "Arsenal"da

İdman Materials 10 Noyabr 2014 13:02 (UTC +04:00)
İngiltərə yığmasının keçmiş futbolçusu Devid Bekhemin böyük oğlu Bruklin Bekhem karyerasına Londonun “Arsenal” komandasında başlayıb.
Bekhemin böyük oğlu da "Arsenal"da

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

İngiltərə yığmasının keçmiş futbolçusu Devid Bekhemin böyük oğlu Bruklin Bekhem karyerasına Londonun "Arsenal" komandasında başlayıb. Bu barədə Trend "The Daily Star Sunday" qəzetinə istinadən məlumat verir.

15 yaşlı oyunçu ilə müqavilə bu mövsümün sonunda bağlanıb. Əgər Bruklin özünü müsbət tərəfdən doğrultsa, onda klub gənc idmançı ilə çoxillik müqavilə imzalayacaq.

"Çelsi" və "Mançester Yunayted"in ona maraq göstərmələrinə baxmayaraq, məhz "Arsenal" Bruklini yola gətirə bilib. Oyunçunun atası 14 il ərzində "qırmızı şeytanlar"la oynadığına görə Bruklinin də futbolla məhz burada məşğul olacağı ehtimal edilirdi.

Bundan əvvəl Bruklin özünü fotomodel kimi sınayıb.

Qeyd edək ki, London klubunda Bekhemin ortancıl oğlu - 12 yaşlı Romeo da çıxış edir. O, 13 yaşdan aşağı oyunçuların komandasında təmsil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti