...

Bakı 2015 Avropa Oyunları diplomatik brifinqə ev sahibliyi edir (FOTO)

İdman Materials 14 Noyabr 2014 18:03 (UTC +04:00)
Bu gün Bakı 2015 Avropa Oyunları Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün diplomatik brifinqə ev sahibliyi edib.
Bakı 2015 Avropa Oyunları diplomatik brifinqə ev sahibliyi edir (FOTO)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Bu gün Bakı 2015 Avropa Oyunları Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün diplomatik brifinqə ev sahibliyi edib.

Oyunların Əməliyyat Komitəsindən Trend-ə verilən məlumata görə, Bakı 2015-in rəhbər şəxsləri ilk Avropa Oyunları ilə bağlı ən son yeniliklər və gələcəkdə ölkədə keçiriləcək idman yarışları haqqında beynəlxalq nümayəndələr qarşısında təqdimatlar keçiriblər.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru və Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov nümayəndələr qarşısında çıxış edib: "Diplomatik brifinq komandamız üçün gələn il keçiriləcək Bakı 2015 Avropa Oyunlarına hazırlıqlarla bağlı ən son yeniliklər haqqında diplomatik nümayəndəlikləri məlumatlandırmaq baxımından mükəmməl fürsət oldu. Biz beynəlxalq aləmdə ilk Avropa Oyunlarına böyük marağın yaşanacağını bilirik, ona görə də diplomatik nümayəndələri hazırlıq işlərimiz barədə məlumatlandırmaq çox vacib hesab edilir".

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq ilk Avropa Oyunları haqqında ümumi məlumat verib: "Bu qədər diplomatik lideri burada, Bakı şəhərində bir arada toplamaq və onları Avropa Oyunları ilə bağlı ən son xəbərlər haqqında ətraflı şəkildə məlumatlandırmaq bizim üçün böyük şərəf oldu. Qarşıdan gələn illərdə Azərbaycan mühüm idman yarışlarına ev sahibliyi edən və dünyanın buraya dəvət olunacağı mükəmməl idman mərkəzinə çevriləcək. Bizim beynəlxalq ictimaiyyəti burada mövcud olan imkanlar və əldə olunan irəliləyişlər barədə məlumatlandırmağımız vacib haldır".

Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva Milli Olimpiya komitələrinin Avropa Oyunlarında oynadığı rol barədə danışıb.

Brifinqdə 60 ölkədən 100-dən çox nümayəndə iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti