...

Bazar qiyməti bahalı olan futbolçular

İdman Materials 6 Yanvar 2015 19:32 (UTC +04:00)
CIES - Beynəlxalq İdman Araşdırmaları Mərkəzi dünyanın ən bahalı futbolçularının reytinqini açıqlayıb.
Bazar qiyməti bahalı olan futbolçular

Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Məftun Salmanov/

CIES - Beynəlxalq İdman Araşdırmaları Mərkəzi dünyanın ən bahalı futbolçularının reytinqini açıqlayıb.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, reytinq Avropanın "Böyük beşlik" ölkələrinin çempionatlarında çıxış edən futbolçuların əsasında hazırlanıb.

Siyahıya "Barselona" və Argentina millisinin forvardı Lionel Messi başçılıq edir. Onun bazar qiyməti 220 milyon avro qiymətləndirilir. Mərkəz ikinci yerə Madrid "Real"ının ulduzu Kriştiano Ronaldonu layiq görüb. Portuqaliyalı hücumçunun dəyəri 133 milyon avrodur.

"Çelsi"nin belçikalı yarımmüdafiəçisi Eden Hazard 99 milyon avro ilə üçüncü pillədə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti