...

AFFA-dan futbolçulara pul qadağası

İdman Materials 6 Mart 2015 16:35 (UTC +04:00)
İcraiyyə Komitəsinin iclası ağır keçdi. Mühüm qərarlar qəbul edildi. Böyük fikirayrılığına səbəb olan məsələ 21 və 23 yaşlı futbolçuların maaşları ilə bağlı oldu.
AFFA-dan futbolçulara pul qadağası

Azərbaycan, Bakı, 6 mart /Trend/

"İcraiyyə Komitəsinin iclası ağır keçdi. Mühüm qərarlar qəbul edildi. Böyük fikirayrılığına səbəb olan məsələ 21 və 23 yaşlı futbolçuların maaşları ilə bağlı oldu. Klublar Komitəsi və Məşqçilər Komitəsinin tövsiyələrini nəzərə alaraq qərar qəbul etdik".

Trend-in məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun bu gün keçirilən Hesabat Konfransında deyib.

AFFA prezidenti 21 və 23 yaşlı futbolçuların müəyyən edilmiş məbləğdən artıq gəlir əldə edəcəkləri təqdirdə cəzalandırılacaqlarını bildirib: "21 və 23 yaşlı futbolçuların maaşlarına hədd qoymaq qərarı verdik. 21 yaşlı futbolçular 30 min manat, 23 yaşlılar isə 50 min manatdan artıq illik gəlir əldə edə bilməz. Əgər bu baş versə, futbolçu bir illik cəzalanacaq, klubun isə xalı silinəcək".

Premyer Liqa oyunlarının yayım məsələsinə də toxunan R.Abdullayev deyib: "Artıq gələn mövsüm çempionat oyunlarının yayımlanması üçün tender keçiriləcək. Tenderin qalibi teleyayım hüququna yiyələnəcək. Yayımdan əldə olunan gəlir klublar arasında eyni bölünəcək. Klubların reytinqi də nəzərə alınacaq. Maliyyənin müəyyən hissəsi PFL-də saxlanılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti