...

Sərbəst güləçilərimiz Dünya Kubokuna gürcülərlə birgə hazırlaşır

İdman Materials 16 Mart 2015 13:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir İlkin İzzət/

Gürcüstanın sərbəst güləşçiləri Bakıda təlim-məşq toplanışındadır.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamız qarşıdan gələn yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarını Olimpiya Güləş Mərkəzində davam etdirir.

Yığma komandanın baş məşqçisi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında yığma komandanın bütün üzvləri təlim-məşq toplanışında iştirak edir. Bu gündən etibarən isə, Gürcüstanın sərbəst güləşçiləri yığmamızla birgə təlim-məşq toplanışına qoşulub.

16 idmançı ilə təlim-məşq toplanışına qatılan Gürcüstan yığmasının heyətində London Olimpiadasının gümüş mükafatçıları Vladimer Xinçeqaşvili (57 kq) və David Modzmanaşvili (125 kq) də var.

Birgə təlim-məşq toplanışı martın 28-dək davam edəcək.

Məlumat üçün bildirək ki, sərbəst güləşçilərimiz aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində keçiriləcək Dünya Kuboku yarışlarında iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti