...

Bədii gimnastlarımız Fransada on medal qazandı

İdman Materials 24 Mart 2015 12:12 (UTC +04:00)
Bayram əhval - ruhiyyəli bu həftəsonu Fransada bədii gimnastika üzrə hər il keçirilən ənənəvi “Qran-Pri” yarışı və beynəlxalq turnir yekunlaşıb.
Bədii gimnastlarımız Fransada on medal qazandı

Azərbaycan, Bakı, 24 mart /Trend/

Bayram əhval - ruhiyyəli bu həftəsonu Fransada bədii gimnastika üzrə hər il keçirilən ənənəvi "Qran-Pri" yarışı və beynəlxalq turnir yekunlaşıb.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə bildiriblər ki, Azərbaycan gimnastı Marina Durunda Tiye şəhərində "Qran-Pri"-də çıxış edərək 3 medal qazandı: onun hesabına gürzlərlə hərəkətə görə qızıl, lentlə hərəkətlərə görə gümüş və halqa ilə çıxışına görə bürünc medalı yazıldı. Ümumi hesaba daha bir bürünc medalı isə böyüklərdən ibarət qrup komandasının ikinci heyəti "6 gürz - 2 halqa ilə" kompozisiya ilə çıxışlarının nəticələrinə əsasən yazdırdılar.

Fransanın digər şəhəri Kaledə gimnastımız Jalə Piriyeva yeniyetmələr arasında çoxnövçülükdə, iplə və gürzlərlə üç gümüş medal, həmçinin halqa ilə qızıl medal əldə etdi. Digər gimnastımız topla çıxışına görə gümüş medal qazanıb. Gimnastlarımız komanda hesabında da birinci yeri tutmuşlar

Məqalədə:
Xəbər lenti

Xəbər lenti