...

Kiqboksinq üzrə Azərbaycan çempionatı başa çatdı

İdman Materials 29 May 2015 14:00 (UTC +04:00)
Azərbaycan Kiqboksinq Federasiyasının təşkilatçılığı ilə gənclər və yeniyetmələr arasında keçirilən 21-ci Azərbaycan çempionatı başa çatıb.
Kiqboksinq üzrə Azərbaycan çempionatı başa çatdı

Azərbaycan, Bakı, 29 may /Trend/

Azərbaycan Kiqboksinq Federasiyasının təşkilatçılığı ilə gənclər və yeniyetmələr arasında keçirilən 21-ci Azərbaycan çempionatı başa çatıb.

Trend-in məlumatına görə, mayın 25-27-də keçirilən çempionatda medal uğrunda gərgin və maraqlı anlar yaşanıb. Bütün komandaların idmançılarında yüksək ruh müşahidə edilib.

Kiqboksinq üzrə 21-ci Azərbaycan Kuboku uğrunda gedən çempionatda Nefçi klubu bütün rəqiblərini geridə qoyaraq, qızıl medalların sayına görə birincilik əldə edib. Belə ki, klub 6 qızıl, 4 gümüş, 7 bürünc medala sahib olaraq yarısın Kubokuna sahib olub.

AKF-nın vitse-prezidenti Güloğlan Cabborov Neftçi klubuna kuboku təqdim edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Yeniyətmələr arasında isə kuboka Qızıl Əlcək idman klubunun idmançıları sahib olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti