Azərbaycan, Bakı, 8 iyun /Trend/
Milli komandamızın üzvü Vüqar Nadirov "Qarabağ"dan ayrılıb. Trend-in məlumatına görə, bu barədə qol.az-a 28 yaşlı hücumçu özü məlumat verib.
Ağdam klubu Nadirova yeni müqavilə təklif etsə də o, şərtlərlə razılaşmayıb.
"Qarabağ"ın yetirməsi olan futbolçu artıq azad agent statusu aldığını da bildirib.
Qeyd edək ki, futbolçu karyerasına "Qarabağ"da başlayan Nadriov 2005/2007-ci illərdə "Xəzər Lənkəran", 2008-ci ildə "Masallı", 2008/2009 mövsümündə isə "Karvan"ın şərəfini qoruyub.