Azərbaycan, Bakı, 3 avqust /Trend/
UEFA Gürcüstanın "Dinamo" (Tbilisi) klubunu Azərbaycanın "Qəbələ" komandasına qarşı keçirdiyi oyunda azarkeşlərinin davranışına görə cəzalandırıb.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, "Dinamo" növbəti ev matçını azarkeşsiz keçirəcək.
"Dinamo" klubu, həmçinin 20 min avro cərimə ödəyəcək.
Qeyd edək ki, "Dinamo" komandasının azarkeşləri Avropa Liqasının I təsnifat mərhələsində Azərbaycanın "Qəbələ" futbol klubu ilə oyunda stadiona təxribatçı şüarlarla gəlmişdilər.