...

CBC Azərbaycan Premyer Liqasını oyunlarını canlı yayımlayacaq

İdman Materials 4 Avqust 2015 14:41 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasının Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı elan etdiyi tenderin qalibi CBC TV kanalı olub.
CBC Azərbaycan Premyer Liqasını oyunlarını canlı yayımlayacaq

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasının Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı elan etdiyi tenderin qalibi CBC TV kanalı olub.

Trend AFFA-ya istinadən məlumat verir ki, TV Premyer Liqa oyunlarını qeyd olunan şərtlər daxilində 1 il ərzində yayımlamaq hüququna görə AFFA-ya 700 min manat ödəyəcək. Yayım haqqı üçün ödənilən bu vəsait AFFA və PFL tərəfindən Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək.

İlkin razılığa əsasən CBC beynəlxalq peyk TV olduğuna və xarici dillərdə yayımlandığına görə ilk aylar oyunların şərhi rus dilində olacaq. Azərbaycan dilində isə AFFA-nın "Youtube" (AFFA Official) kanalında yayımlanacaq. CBC Sport kanalı açıldıqdan sonra şərhlər Azərbaycan dilində olacaq.

CBC TV çəkilişləri peşəkar səviyyədə - stadiondan asılı olaraq 8-12 kamera ilə həyata keçirməyi, yaxın müddət ərzində idman kanalı açmağı və yayım hüququnu o kanala vermək öhdəliyini də üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti