...

Devid Bekhem filmə çəkilib

İdman Materials 21 Avqust 2015 10:25 (UTC +04:00)
İngiltərənin “Mançester Yunayted” klubunun keçmiş futbolçusu Devid Bekhem “Cinayətkarlar” adlı qısametrajlı filmə çəkilib. İdmançı ilə birgə ekran işində aktyorlar Harvi Keytel və Keti Moriarti yer alıb. Trend bu barədə “Vogue” jurnalına istinadən məlumat verir.
Devid Bekhem filmə çəkilib

Azərbaycan, Bakı, 21 avqust /Trend/

İngiltərənin "Mançester Yunayted" klubunun keçmiş futbolçusu Devid Bekhem "Cinayətkarlar" adlı qısametrajlı filmə çəkilib. İdmançı ilə birgə ekran işində aktyorlar Harvi Keytel və Keti Moriarti yer alıb. Trend bu barədə "Vogue" jurnalına istinadən məlumat verir.

Çəkilişlər İngiltərənin "Belstaff" brendinin futbolçu ilə bağladığı müqavilə əsasında həyata keçirilib. Lentin icraçı direktoru aktrisa Liv Tayler, rejissoru Ceremi Casper olub.

Filmin süjeti Meksikada cərəyan edir. D.Bekhemin qəhrəmanı bir vaxtlar sevdiyi sirk aktrisasının axtarışına yollanan baykerdir. Sevgili rolunda amerikalı aktrisa Ketrin Uoterston çəkilib.

Filmin premyerası sentyabrda Londonda moda həftəsi zamanı keçiriləcək.

Xatırladaq ki, "Belstaff" 1924-cü ildə Böyük Britaniyada təsis olunan paltar brendidir. Şirkət su keçirməyən jaketlərin istehsalında ixtisaslaşıb. "Belstaff" həmçinin "Roma" futbol klubunun əsas sponsorlarından biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti