...

"Qarabağ"la - "Yanq Boyz" oyunu üçün 18 min bilet satılıb

İdman Materials 26 Avqust 2015 16:42 (UTC +04:00)
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la İsveçrənin "Yanq Boyz" klubu arasında baş tutacaq cavab qarşılaşmasına bu günə qədər 18 min bilet satılıb.
"Qarabağ"la - "Yanq Boyz" oyunu üçün 18 min bilet satılıb

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Elçin Mehdiyev/

UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la İsveçrənin "Yanq Boyz" klubu arasında baş tutacaq cavab qarşılaşmasına bu günə qədər 18 min bilet satılıb. Bunu Trend-ə "Qarabağ" futbol klubunun mətbuat katibi Nurlan İbrahimov deyib.

Oyun üçün biletlərin qara bazarda satılması məsələsinə münasibət bildirən N.İbrahimov deyib ki, bu məsələyə hüquq-mühafizə orqanları nəzarət edir.

Onun sözlərinə görə, hər bir kassanın yanında post patrul xidməti fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti