...

Yeniyetmə qızlarımız Dünya çempionatında iki bürünc medal qazanıb (FOTO+VİDEO)

İdman Materials 28 Avqust 2015 10:26 (UTC +04:00)
Azərbaycanlı qızlar yeniyetmə güləşçilərin Dünya çempionatında iki bürünc medal qazanıb.
Yeniyetmə qızlarımız Dünya çempionatında iki bürünc medal qazanıb (FOTO+VİDEO)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/

Azərbaycanlı qızlar yeniyetmə güləşçilərin Dünya çempionatında iki bürünc medal qazanıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

Avqustun 27-də yeniyetmə qızlar mübarizəyə qoşulub. Çempionatın üçüncü günündə 38, 43, 49, 56 və 65 kq çəki dərəcəsində qızlar mübarizə aparıb. Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında Zelfira Ələkbərli (38 kq), Ülkər Babayeva (43 kq), Səbinə Həmzəlzadə (49 kq), Leyla Qurbanova (52 kq) və Şəbnəm Əhmədova (56 kq) ölkəmizi təmsil edir.

Azərbaycan güləşçiləri 4 çəkidə yarışıb. Güləşçilərimiz günü 2 bürünc medalla başa vurub.

38 kq-da mübarizə aparan Zelfira Ələkbərli yarışa 1/4 finaldan qoşulub. Hindistanlı rəqibinə uduzan güləşçimiz rəqibin finala çıxması ilə bürünc medal şansı əldə edib. Həlledici görüşdə Türkiyə idmançısına 57 saniyə ərzində təmiz qələbə ilə qalib gələn güləşçimiz Dünya çempionatının bürünc medalına yiyələnib.

56 kq çəki dərəcəsində güləşçimiz Şəbnəm Əhmədova yarımfinala qədər inamla irəliləyib və ardıcıl olaraq Polşa, Meksika və ABŞ-dan olan rəqiblərini məğlub edib. Üç görüşdə rəqiblərinə bir xal belə verməyən güləşçimiz yarımfinalda Rusiya təmsilçisinə uduzub. Şəbnəm Əhmədova bürünc medal uğrunda həlledici görüşdə Macarıstanlı rəqibinə qalib gəlib və Dünya çempionatını üçüncü sırada tamamlayıb.

38 kq

1/4 final - Ankus Ankus (İND) - Zelfira Ələkbərli 8:2

Bürünc medal görüşü - Zelfira Ələkbərli - Cansu Yılmaz (TUR) 6:2 (təmiz qələbə)

43 kq

1/8 final - Ülkər Babayeva - Jodalis Santiaqo (PUR) 8:0

1/4 final - Rahime Arı (TUR) - Ülkər Babayeva 8*:8 (güləşçimiz zədələnib)

49 kq

1/16 final - Səbinə Həmzəlzadə - İda Jonsson (SWE) 6:0

1/8 final - Szimonetta Sziker (HUN) - Səbinə Həmzəlzadə 7:4

56 kq

1/16 final - Dominika Kulviçka (POL) - Şəbnəm Əhmədova 0:2

1/8 final - Şəbnəm Əhmədova - Fatima Del Rosario (MEX) 5:0

1/4 final - Aleksandria Liles (USA) - Şəbnəm Əhmədova 0:2

1/2 final - Viktoriya Voullina (RUS) - Şəbnəm Əhmədova 11:0

Bürünc medal görüşü - Tamara Dollak (HUN) - Şəbnəm Əhmədova 0:2

Xatırladaq ki, Dünya çempionatının ilk iki günündə mübarizə aparan yeniyetmə yunan-Roma güləşçiləri yarışı 3 bürünc (Fail İsgəndərov (42 kq), Xancavad Məcidzadə (50 kq), Ülvi Qənizadə (69 kq)) medalla başa vurub.

Məlumat üçün bildirək ki, 4-9 avqust tarixlərində Serbiyada keçirilən yeniyetmələrin Avropa çempionatında qızlardan ibarət yığmamız 1 gümüş (Zelfira Ələkbərli (38 kq)) və 1 bürünc (Aynur Camalova (43 kq)) medal qazanıb.

CANLI YAYIM linki: https://unitedworldwrestling.org/event/world-championships-2

Məqalədə:
Xəbər lenti

Xəbər lenti