...

Rauf Məmmədov: "Karuanadan çox "Mançester Yunayted"in oyunu barədə düşünürəm"

İdman Materials 12 Sentyabr 2015 21:36 (UTC +04:00)
Daha bir şahmatçımız Bakıda keçirilən Dünya Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb
Rauf Məmmədov: "Karuanadan çox "Mançester Yunayted"in oyunu barədə düşünürəm"

Azərbaycan, Bakı, 12 sentyabr /Trend/

Daha bir şahmatçımız Bakıda keçirilən Dünya Kubokunda növbəti mərhələyə vəsiqə qazanıb.

Turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rauf Məmmədov Rusiya təmsilçisi, Avropa çempionu Yevgeni Nayeri (1:0, 0,5:0,5) mübarizədən kənarlaşdırıb.

Partiyadan sonra keçirilən mətbuat konfransında Rauf oyununu belə şərh edib: "Bu gün çox maraqlı oyun izlədik. Səhər gedişləri müzakirə edərkən partiyanın necə gedəcəyini düşünürdüm. Rəqib məğlub olduğundan ona qələbə vacib idi. Nayer heç bir sürpriz göstərmədi. Əvvəllər üç dəfə Dünya Kubokunda ilk mərhələdə mübarizəni dayandırmışam. Uğursuz seriyaya son qoymaq yaxşı oldu".

Növbəti mərhələdə Məmmədovun rəqibi ABŞ təmsilçisi Fabiano Karuana olacaq. Rauf hələlik bu görüş barədə düşünmədiyini dedi: "Hazırda mən Karuana deyil, daha çox "Mançester Yunayted"-"Liverpul" görüşü haqda fikirləşirəm. Karuana kimi şahmatçıya qarşı oynamaq çox maraqlıdır. Fabiano çox güclü rəqibdir. Şəmkirdə ona qarşı mübarizə aparmışam. Tay-brek barədə düşünmürəm. Karuana qarşı klassik oyunlara hazırlaşmalıyam. Çətin və maraqlı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti