Azərbaycan, Bakı, 18 sentyabr /Trend/
Bakıda şahmat üzrə Dünya Kubokunun 1/16 final mərhələsinin cavab görüşlərinə start verilib.
Dünya Kubokunun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu mərhələdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynov təmsil edir.
Qeyd edək ki, mükafat fondu 1,6 milyon dollar olan Dünya Kuboku oktyabrın 5-də başa çatacaq.