...

Samuel Eto'O "Golden Foot" mükafatını alıb

İdman Materials 22 Sentyabr 2015 06:10 (UTC +04:00)
Türkiyə komandası "Antalyaspor"-un oyunçusu Kamerunlu Samuel Eto'O "Golden Foot" mükafatına layiq görülüb.
Samuel Eto'O "Golden Foot" mükafatını alıb

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Türkiyə komandası "Antalyaspor"-un oyunçusu Kamerunlu Samuel Eto'O "Golden Foot" mükafatına layiq görülüb.

Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, mükafatlandırma mərasimi Monakoda keçirilib.

Mükafatın özəlliyi ondan ibarətdir ki, onun qalibləri Monako Krallığında dəniz kənarında yerləşən "Çempionlar sahili"ndə ("Champions Promenade") öz ayaq izlərini qoyurlar.

Qeyd edək ki, keçən il mükafata Andres İnyesta layiq görülmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti