...

Ukrayna komandasının hücumçusu “Qəbələ”yə transfer ola bilər

İdman Materials 28 Oktyabr 2015 03:35 (UTC +04:00)
Ukraynanın “Dnepr” futbol komandasının hücumçusu Yevgeni Seleznyov “Qəbələ” komandasına transfer ola bilər
Ukrayna komandasının hücumçusu “Qəbələ”yə transfer ola bilər

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

Ukraynanın "Dnepr" futbol komandasının hücumçusu Yevgeni Seleznyov "Qəbələ" komandasına transfer ola bilər.

Trend Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, Dnepropetrovsk təmsilçisinin oyunçusunu Azərbaycan komandasının baş məşqçisi Roman Qriqorçuk dəvət edib.

Hücumçunun "Dnepr"lə hazırkı müqaviləsi 2016-cı ilin yayında başa çatır. Yeni müqavilə üçün "Dnepr"lə futbolçu arasında danışıqlar aparılmır. Bu isə Y.Seleznyovaya yanvarda istənilən klubla ilkin müqavilə bağlamaq imkanı verir. Ukraynanın "Şaxtyor", Türkiyənin "Fənərbaxça" və "Trabzonspor", Yunanıstanın "Olimpiakos" və "Qəbələ" klubunun rəqibi Rusiyanın "Krasnodar" klubları da futbolçuya maraq göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti