...

"Qəbələ" qələbə qazana bilmir

İdman Materials 9 Noyabr 2015 18:04 (UTC +04:00)
Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.
"Qəbələ" qələbə qazana bilmir

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulub.

Trend-in məlumatına görə, "Qəbələ" doğma meydanda "İnter"i qəbul edib.

Oyuna meydan sahibləri fəal başlayıblar - Aleksey Antonov fərqlənib. 5 dəqiqə sonra Dieqo Martins hesaba tarazlıq gətirib. Oyunda başqa qol qeydə alınmayıb - 1:1.

Beləliklə, "Qəbələ" 12 oyundan 22 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "İnter" 20 xalla 4-cüdür.

Turun digər oyunlarının nəticələri:

"Zirə" - "Sumqayıt" - 3:2
AZAL - "Kəpəz" - 1:1
"Neftçi" - "Rəvan" - 2:3
"Xəzər Lənkəran" - "Qarabağ" - 0:1

Xəbər lenti

Xəbər lenti