Bakı. Trend:
"Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov istefa verib. Trend-in məlumatına görə, bu barədə Qol.Az saytına klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu bildirib.
Y.Hüseynov bundan sonra klubun idman direktoru vəzifəsini icra edəcək.
Komandanı yenidən əvəzedicilərin baş məşqçisi Elbrus Məmmədov çalışdıracaq.