...

Sərbəst güləşçilərimiz Minskdə yarışacaqlar

İdman Materials 16 Fevral 2016 15:33 (UTC +04:00)
Sərbəst güləşçilərimiz Aleksandr Medvedin mükafatı uğrunda yarışacaqlar.
Sərbəst güləşçilərimiz Minskdə yarışacaqlar

Bakı. Trend:

18-19 fevral 2016-cı il tarixdə Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 46-cı beynəlxalq Qran Pri turniri keçiriləcək. Turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri iştirak edəcək.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirə 8 güləşçimiz yollanacaq. Yarışda Ruslan Qasımov (57 kq), Əli Rəhimzadə, Mahal Novruzov (hər ikisi 61 kq), Məhəmməd Müslümov, Teymur Məmmədov (hər ikisi 65 kq), Murad Süleymanov (74 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Səid Həmidov (125 kq) qüvvələrini sınayacaqlar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti