...

Üçqat dünya çempionu: İdman gimnastikası üzrə Dünya Kuboku olimpiadanın sınaq yarışlarına ciddi hazırlıqdır

İdman Materials 18 Fevral 2016 19:05 (UTC +04:00)
Milli Gimnastika Arenasında idmançılar üçün hər cür şərait yaradılıb.
Üçqat dünya çempionu: İdman gimnastikası üzrə Dünya Kuboku olimpiadanın sınaq yarışlarına ciddi hazırlıqdır

Bakı. Ənvər Məmmədov - Trend:

Milli Gimnastika Arenasında idmançılar üçün hər cür şərait yaradılıb. Bunu Trend-ə Özbəkistanın qadınlardan ibarət idman gimnastikası yığmasının üçqat dünya və Avropa çempionu Oksana Çusovitina deyib.

O bildirib: "Bakıda ilk dəfədir oluram və şadam ki, burada belə səviyyəli yarışlar keçirilir. Bakıda olmağı çoxdan arzu edirdim, çünki şəhəriniz barədə mənə çox danışıblar. Arena olduqca gözəldir, yarışlar üçün hər cür şərait yaradılıb".

O.Çusovitina qeyd edib ki, Dünya Kuboku onun üçün Rio Yay Olimpiya Oyunlarının sınaq yarışlarına ciddi hazırlıqdır: "İlk iş olaraq təsnifat mərhələsini adlamaq lazımdır. Bu mənim üçün olimpiadanın sınaq yarışlarına artıq ikinci startdır. Ona görə də işləmək lazımdır. Məqsədim Rio olimpiadasında iştirak etməkdir və mən bu istiqamətdə məqsədli şəkildə addımlayıram".

Qeyd edək ki, Dünya Kuboku 19-21 fevral tarixlərində Bakıda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti