...

Beynəlxalq Gimnastika Federasiyası: Bakı gimnastika mərkəzi nüfuzu yaratmağa çalışır

İdman Materials 19 Fevral 2016 09:10 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku bu gün öz işinə başlayır.
Beynəlxalq Gimnastika Federasiyası: Bakı gimnastika mərkəzi nüfuzu yaratmağa çalışır

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku bu gün öz işinə başlayır.

Bu həftə sonu müsabiqənin keçiriləcəyi yer Bakı olacaq.

Azərbaycanın iddialı paytaxtı özünə gimnastika mərkəzi nüfuzu yaratmağa çalışır.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) məlumatında deyilir.

"Ev" Olimpiya oyunlarına daha effektiv hazırlaşmaq üçün braziliyalı idmançılar Flavia Saraiva və Daniel İpolito dünyanın yarısını fəth ediblər. Əfsanəvi rus məşqçisi Aleksandr Aleksandrovun rəhbərliyi altında məşq edən Saraiva və İpolito üçün bu Kubok bütün 2016-cı il üçün təkan verəcək. Gimnastika Federasiyasının məlumatında deyilir ki, amma bu sınaq yalnız braziliyalı idmançılar üçün deyil.

Məlumatda qeyd olunur ki, Azərbaycan yığması da həmçinin medallar üçün mübarizə aparacaq: "Keçən yayda Milli Gimnastika Arenasında Avropa Oyunlarının keçirilməsi ilə ruhlandırılmış Azərbaycan yığması 2015-ci il dünyanın bürünc medalçısı Oleq Stepkonu və Petro Paxnyuku tərkibinə daxil edib".

Qadınlar yığmasını isə Kristina Pravdina və Yuliya İnşina təqdim edirlər. Onlar da həmçinin müvəffəqiyyətə böyük ümidlər verirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti