...

150-ci qələbə

İdman Materials 22 Fevral 2016 15:44 (UTC +04:00)
Premyer Liqanın XXII turunun “Neftçi” ilə oyunundakı 2:0 hesablı qələbə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
150-ci qələbə

Bakı. Trend:

Premyer Liqanın XXII turunun "Neftçi" ilə oyunundakı 2:0 hesablı qələbə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

Trend PFL-in saytına istinadən məlumat verir ki, 44 yaşlı mütəxəssis Azərbaycan çempionatlarında baş məşqçi kimi 150-ci qələbəsini qazanıb. O buna 272-ci matçda nail olub. Hesabında 71 heç-heçə və 51 məğlubiyyət olan çalışdırıcı karyerası ərzində yalnız iki klubun baş məşqçisi olub.

Q.Qurbanov 150-ci qələbəsini qazandığı oyunda rəqib "Neftçi"də başladığı çalışdırıcılıq karyerasındakı çempionat oyunlarında 19 qələbə qazanıb. 2006-2007-ci illərdə baş məşqçisi olduğu "Neftçi"dən fərqli, "Qarabağ"da daha uzun müddət - 2008-ci ildən indiyədək çalışan Q.Qurbanov bu klubla Premyer Liqada 131 qələbə əldə edib. Baş məşqçi Azərbaycan çempionatlarındakı qələbə sayında baş məşqçilər arasında 5-ci pillədədir.

Xəbər lenti

Xəbər lenti