...

Bu gün güləş üzrə Avropa Çempionatında daha 3 güləşçimiz yarışacaq

İdman Materials 10 Mart 2016 06:51 (UTC +04:00)
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.
Bu gün güləş üzrə Avropa Çempionatında daha 3 güləşçimiz yarışacaq

Bakı. Trend:

Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir.

Yığmamızın üzvləri iki yarış günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olub. Mariya Stadnik qızıl, Aleksandr Qostiyev gümüş, Yuliya Ratkeviç bürünc medal qazanıb.

Trend-ə Azərbaycan Güləş Federasiyasından verilən məlumata əsasən, çempionatın üçüncü günündə daha 3 güləşçimiz xalça üzərinə çıxacaq.

55 kq
1/4 final - Alyona Kolesnik - Vania Gomes (POR) / Simona Pricob (ROU)

61 kq
1/8 final - Sarinas Jurcis (LTU) - Hacı Əliyev

74 kq
1/8 final - Jakov Maxaraşvili (GEO) - Cəbrayıl Həsənov

İlkin görüşlər Bakı vaxtı ilə saat 12:00-da, final görüşləri saat 21:00-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.

Çempionatın digər görüşlərini aşağıdakı linkdən canlı izləmək mümkündür:

https://unitedworldwrestling.org/event/european-championship-senior-1

Xəbər lenti

Xəbər lenti