...

Ronaldinyo Perunun ikinci divizyonunun klubunda çıxış edəcək

İdman Materials 4 Aprel 2016 12:15 (UTC +04:00)
İspaniyanın "Barselona" klubunun və Braziliya yığmasının oyunçusu Ronaldinyo karyerasını Perunun ikinci divizyonunun klubu "Syensiano"da davam etdirəcək.
Ronaldinyo Perunun ikinci divizyonunun klubunda çıxış edəcək

Bakı. Elçin Hüseynov - Trend:

İspaniyanın "Barselona" klubunun və Braziliya yığmasının oyunçusu Ronaldinyo karyerasını Perunun ikinci divizyonunun klubu "Syensiano"da davam etdirəcək.

Trend xəbər verir ki, bu barədə klubun "Facebook" səhifəsində bildirilir.

Klubla 36 yaşlı yarımmüdafiəçi arasındakı razılaşmanın müddəti açıqlanmır.

Ronaldinyo Fransanın "PSJ", İtaliyanın "Milan" və "Barselona" komandalarında oyunu ilə fərqlənib. O İspaniyanın ikiqat (2005, 2006) İtaliyanın (2011) çempionu adını qazanıb.

"Barselona" klubu ilə o 2006-cı ildə Çempionlar Liqasının qalibi olub. 2005-ci ildə isə Ronaldinyo Avropanın ən yaxşı futbolçusuna təqdim edilən "Qızıl top" mükafatına sahib olub.

Braziliya yığmasının tərkibində Ronaldinyo 2002-cı ildə dünya çempionu adını qazanıb. Milli yığmada futbolçu 96 maç oynayıb və 33 qol vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti