...

Azərbaycan – Niderland oyununun hakimləri məlumdur

İdman Materials 7 Aprel 2016 18:42 (UTC +04:00)
Azərbaycan – Niderland qarşılaşmasına təyinatlar açıqlanıb.
Azərbaycan – Niderland oyununun hakimləri məlumdur

Bakı. Trend:

Futzal üzrə dünya çempionatının pley-off mərhələsinin cavab oyunu çərçivəsində aprelin 12-si saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək Azərbaycan - Niderland qarşılaşmasına təyinatlar açıqlanıb.

Trend AFFA-ya istinadən məlumat verir ki, oyunun 1-ci hakimi Cerald Bauemfeind (Avstriya), 2-ci hakimi Oleq İvanov (Ukrayna), 3-cü hakimi Morşe Bohbot (İsrail) olacaq.

UEFA nümayəndəsi vəzifəsini Kristian Vomicu (Rumıniya), hakim-inspektor funksiyasını isə Antonio Joze Fernando Kardosa (Portuqaliya) yerinə yetirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti