...

"Mançester Siti" və "Arsenal"ın skautları Bakıya gəlir

İdman Materials 20 Aprel 2016 20:29 (UTC +04:00)

Bakı. Trend:

Avropanın məşhur futbol klublarının skautları Bakıya gəlirlər.

Trend AFFA-nın saytına istinadən məlumata görə, mayın 5-dən 21-dək keçiriləcək UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirinə Avropanın tanınmış klubları tərəfindən böyük maraq göstərilir.

İngiltərənin "Mançester Siti" və "Arsenal", İspaniyanın "Sevilya", Portuqaliyanın "Portu" klubunun skautları çempionatın oyunlarını izləmək məqsədilə Bakıya səfər edəcəkləri barədə AFFA-ya müraciət ünvanlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti