...

AGF Kuboku turnirində son gün gənc sərbəst güləşçilər yarışır

İdman Materials 29 Aprel 2016 12:04 (UTC +04:00)
"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.
AGF Kuboku turnirində son gün gənc sərbəst güləşçilər yarışır

Bakı. Trend:

"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları mübarizə aparır.

Son yarış günündə sərbəst güləş üzrə 89 gənc pəhləvan yarışır.

Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunur.

Final görüşləri saat 16:00-da başlayacaq və İdman Azərbaycan kanalından canlı yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti