...

Sərhədçi zabit Rio-de Janeyro Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb

İdman Materials 7 May 2016 13:12 (UTC +04:00)
Sərhədçi zabit Azərbaycan yığması üçün Rio-de Janeyro Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb.
Sərhədçi zabit Rio-de Janeyro Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Sərhədçi zabit Azərbaycan yığması üçün Rio-de Janeyro Olimpiya Oyunlarına növbəti lisenziyanı qazanıb.

Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, mayın 6-da İstanbulda start götürən Rio-de Janeyro Olimpiya Oyunlarına lisenziya xarakterli II dünya təsnifat turnirində "Sərhədçi" İdmаn Olimpiyа Mərkəzinin zabiti leytenant Rəsul Çunayev Azərbaycan yığması üçün növbəti lisenziya qazanıb.

66 kiloqram çəki dərəcəsində mübarizə aparan Rəsul Çunayev yarışa 1/16 final mərhələsindən başlayıb. İlk görüşdə Xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edən pəhlivanımız daha sonra Belarus idmançısı Pavel Liax və polşalı David Kareçinski ilə qarşılaşmalardan da qalib ayrılıb. Yarımfinalda Fransa təmsilçisi, erməni əsilli Artak Marqaryan üzərində 68 saniyə ərzində parlaq qələbə qazanan Rəsul Çunayev finala yüksəlib. O, bununla Rio Olimpiadasına vəsiqəni təmin edib. Finalda Qırğızıstanlı rəqibi Ruslan Tsarevə xal vermədən qalib gələn güləşçimiz II dünya təsnifat turnirinin qızıl medalını qazanıb.

Bu, güləşçilərimizin Rio-de Janeyro Olimpiya Oyunlarına qazandığı 14-cü vəsiqədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti