...

Hamilton "Formula 1" çərçivəsində test yürüşlərində nəticəsini qoruyur (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

İdman Materials 17 İyun 2016 13:46 (UTC +04:00)
Bu gün Bakıda Avropa Qran Prisi çərçivəsində "Formula 1" pilotlarının sərbəst yürüşlərinin birinci sessiyası başlayıb.
Hamilton "Formula 1" çərçivəsində test yürüşlərində nəticəsini qoruyur (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün Bakıda Avropa Qran Prisi çərçivəsində "Formula 1" pilotlarının sərbəst yürüşlərinin birinci sessiyası başlayıb.

Trend-in məlumatına görə, sərbəst yürüşlərdə 11 komandadan 22 pilot təmsil olunub.

18 döngədən sonra "Mercedes" komandasının pilotu Luis Hamilton ən yaxşı nəticəni (1:46.489) göstərib. Sonrakı yerləri, müvafiq olaraq, "Mercedes" komandasının digər pilotu Niko Rosberq (1:46.812) və "Williams" komandasından Valtteri Bottas (1:47.707) tuturlar.

Sərbəst yürüşlərin 26 döngəsindən sonra:

1. "Mercedes"dən Hamilton - 1:46.435
2. "Mercedes"dən Rosberq - 1:46.812
3. "Williams"dan Bottas - 1:47.096

Qeyd edək ki, bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci – Avropa Qran Prisi yarışlarına start verilib.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları – Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir “Formula 1” treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti