...

Qurban Qurbanov: "Bizi çətin oyun gözləyir"

İdman Materials 20 İyun 2016 15:39 (UTC +04:00)
Ölkəsinin çempionu və kubokun qalibi olmuş komandanı zəif adlandırmaq olmaz.
Qurban Qurbanov: "Bizi çətin oyun gözləyir"

Bakı. Trend:

"Qarabağ"ı çətin oyun gözləyir".

Trend-in klubun saytına istinadən verdiyi məlumata görə, bunu Çempionlar Liqasında püşkün nəticəsini şərh edən baş məşqçi Qurban Qurbanov deyib.

O qeyd edib ki, ilk oyunlar hər zaman çətin olur: "Ölkəsinin çempionu və kubokun qalibi olmuş komandanı zəif adlandırmaq olmaz. Çempionlar Liqasında istənilən ölkənin güclü komandası çıxış edir. Bu baxımdan da istənilən rəqiblə oynamaq bizim üçün çətin olacaq".

Q.Qurbanov əlavə edib ki, son zamanlar Lüksemburq futbolunda inkişaf göz qabağındadır, 14 komandalı çempionatları var və Lüksemburq çempionatında rəqabət də istənilən səviyyədədir:

"Düdelanj" da ölkəsinin çempionatında uzun müddət məğlub olmayıb və daim qələbə qazanmaq üçün vuruşan bir komandadır. Ümumiyyətlə, bu rəqib bizim Çempionlar Liqasının bu mərhələsində qarşılaşdığımız güclü komandalardan biridir. Bizi çətin oyun gözləyir, potensial 5 rəqibdən qismətimizə "Düdelanj" düşdü. Bu gündən etibarən sırf bu oyun üçün hazırlaşmağa başlayacağıq".

Qeyd edək ki, “Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburq çempionu “Düdelanj”la qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti