Bakı. Trend:
Böyük Britaniyanın Stouk-on-Trent şəhərində keçirilən Pauerliftinq üzrə Avropa çempionatında gərgin mübarizəyə və ciddi zədələrə baxmayaraq, soydaşımız Fərəc Cəlilov birinci yerə layiq görülüb.
Trend-in məlumatına görə, o, ölkəmizi 90 kq çəki dərəcəsində təmsil edərək “squat” hərəkətində 250 kq, “bench-press”də 190 kq, “deadlift”də 310 kq qaldırıb və 750 kq ümumi nəticə ilə Azərbaycan bayrağını fəxri kürsünün ən yüksək pilləsində ucaldıb.
Qeyd edək ki, yarışda 22 ölkə, 500-ə yaxın idmançı iştirak edib. Azərbaycan Pauerliftinq yığmasının üzvü F.Cəlilov 2012-ci ildə gənclər arası Pauerliftinq üzrə hətta Mütləq Avropa və Dünya Çempionu titulunu qazanıb və Dünya rekorduna imza atıb.