...

Stolüstü tennisçilərimiz erməni rəqiblərinə qalib gəldi

İdman Materials 8 İyul 2016 18:21 (UTC +04:00)
Komandamızın öz qrupunda növbəti rəqibləri Estoniya və İsrail komandaları olacaq.
Stolüstü tennisçilərimiz erməni rəqiblərinə qalib gəldi

Bakı. Trend:

Xorvatiyanın Zaqreb şəhərində yeniyetmələr və gənclərin stolüstü tennis üzrə Avropa çempionatına start verilib.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Trend-ə verilən məlumata görə, iyulun 17-dək davam edəcək çempionat Azərbaycan millisi üçün uğurla başlayıb.

İlk oyunda Ermənistan yığması ilə qarşılaşan oğlanlardan ibarət milli komandamız 3:0 hesabı ilə qalib gəlib. Komandamızın öz qrupunda növbəti rəqibləri Estoniya və İsrail komandaları olacaq.

İlk görüşlər qızlardan ibarət millimiz üçün də uğurlu olub. Lüksemburq və Avstriya komandalarına 3:0 hesabı ilə qalib gələn yığma komandamız növbəti oyunlarını Bosniya və Hersoqovina, Avstriya, İspaniya komandaları ilə keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti