...

Avropa çempionatının ilk günündə 9 güləşçimiz xalçaya çıxacaq

İdman Materials 19 İyul 2016 12:50 (UTC +04:00)
İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.
Avropa çempionatının ilk günündə 9 güləşçimiz xalçaya çıxacaq

Bakı. Trend:

İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı start götürüb.

Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, bu çempionatı digərlərindən fərqləndirən ən önəmli məqam odur ki, bu ildən etibarən yeniyetmə güləşçilərin qitə çempionatlarında hər bir ölkə hər bir çəki dərəcəsində 2 idmançı ilə təmsil oluna bilər. Bu qərar ötən ilin dekabrında Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin Soçidə keçirilən toplantısında qəbul edilib.

İlk yarış günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində sərbəst güləşçilər arasında qaliblər müəyyənləşir.

42 kq
1/16 final - Maqomedsalix Abakarov - Marat Kibak (BLR) (B)
1/8 final - Mahir Məmmədzadə - Arakel Movsesyan (ARM) (A)

50 kq
1/16 final - İntiqam Vəlizadə - Tamaz Şavadze (GEO) (A)
1/8 final - Vrez Qriqorian (GRE) - Vüsal Hüseynov (A)

58 kq
1/16 final - İvan Badavrov (BUL) - Daur Psardia 6:11
1/16 final - Tsotne Abalaki (GEO) - Murad Məmmədov 3:2
1/8 final - Yuriy Postol (UKR) - Daur Psardia (A)

69 kq
1/16 final - Erik Reinbok (EST) - Abubakr Abakarov (A)
1/16 final - Abdulmuslim Məmmədov - Yevgeni Filippov (MDA) (B)

85 kq
1/16 final - Artjoms Sumakovs (LTA) - Əhliman Quliyev (C)

Final görüşləri Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti