...

Azərbaycan Beynəlxalq Bankı “Yuventus” futbol klubu ilə əməkdaşlıq edəcək

İdman Materials 8 Avqust 2016 11:53 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı “Yuventus” futbol klubu ilə əməkdaşlığa başlayır.
Azərbaycan Beynəlxalq Bankı “Yuventus” futbol klubu ilə əməkdaşlıq edəcək

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankı “Yuventus” futbol klubu ilə əməkdaşlığa başlayır. Bankdan Trend-ə verilən məlumata görə, İtaliya çempionu olan bu klubla müvafiq saziş çərçivəsində bir sıra birgə tədbirlər həyata keçiriləcək. İlk növbədə, “İnter Arena”nın bazasında “Yuventus” Futbol Akademiyası yaradılacaq. Belə bir akademiyanın təşkilində məqsəd Azərbaycanda uşaq futbolunun inkişafına dəstək və “İnter” Futbol Klubunun mövcud infrastrukturunun inkişaf etdirilməsidir.

Bütün dünyada məşhur olan “Yuventus” klubu ilə əməkdaşlıq Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətlərinin beynəlxalq çevrədə təbliği baxımından da geniş imkanlar açır. Belə ki, bu əməkdaşlıq çərçivəsində Bank reklam və təbliğat məqsədilə “Yuventus” brendindən istifadə edə, öz loqotipini və reklam bannerlərini klubun rəsmi internet səhifəsində yerləşdirə biləcək.

Azərbaycan Beynəlxalq Bankı Azərbaycan idmanının inkişafına dəstək layihələrini bundan sonra da davam etdirməkdə qərarlıdır.
35 filiala və 43 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və ya *2265 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti