...

Azərbaycan idmançısı Rio-da finala çıxdı (YENİLƏNİB)

İdman Materials 15 Avqust 2016 18:27 (UTC +04:00)
Azərbaycan idmançısı İnna Osipenko Radomskya Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında bu gün baydarkada 200 metr məsafəni qət etmək yarışında finala çıxıb.
Azərbaycan idmançısı Rio-da finala çıxdı (YENİLƏNİB)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan idmançısı İnna Osipenko Radomskya Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında bu gün baydarkada 200 metr məsafəni qət etmək yarışında finala çıxıb.

Trend-in məlumatına görə, yarımfinalda Osipenko ən yaxşı nəticəni göstərib - 39,803.

x x x

Azərbaycan idmançısı İnna Osipenko Radomskya Rio-de-Janeyroda Yay Olimpiya Oyunlarında bu gün baydarkada 200 metr məsafəni 40,702 nəticə ilə qət etməklə dördüncü təsnifat mərhələsində ilk yeri qazanıb.

Trend-in məlumatına görə, o, bununla yarımfinalda iştirakını təmin edib.

Qeyd edək ki, 5-21 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunları keçirilir. Azərbaycan oyunlarda 56 idmançı ilə 17 idman növündə təmsil olunur.

Müstəqil Azərbaycan üçün Rio Olimpiadası sayca 7-ci Yay Olimpiya Oyunlarıdır. Azərbaycan Olimpiya hərəkatı tarixində ilk dəfə rekord sayda - 56 idmançı ilə təmsil olunur. Buna gədər Azərbaycanın rekord göstəricisi London Olimpiadasında qeydə alınmışdı - 53 idmançı. Bundan başqa, Azərbaycan Rio-de-Janeyro Olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunur.

Azərbaycanı Rio Olimpiadasında 7 hakim də təmsil edir - Aydın Ağaəliyev (gimnastika), Lyudmila Quliyeva (akademik avarçəkmə, kanoe slalom, kanoe sprint), Ramil Vəliyev (cüdo), Rauf Əliyev (sərbət güləş), Hicran Şərifov, Vüqar Vəliyev (hər ikisi yunan-Roma güləşi), Zaur Abdullayev (boks).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti