...

Bakıda arena polo üzrə dünya kuboku yarışlarına start verilib (FOTO)

İdman Materials 10 Sentyabr 2016 17:56 (UTC +04:00)
"CBC Sport Arena Polo Dünya Kuboku" yarışına start verilib.
Bakıda arena polo üzrə dünya kuboku yarışlarına start verilib (FOTO)

Bakı. Trend:

"CBC Sport Arena Polo Dünya Kuboku" yarışına start verilib.

Trend-in məlumatına görə, Binə qəsəbəsindəki “Elite Horse & Polo Club”da keçirilən “CBC Sport Arena Polo Dünya Kuboku”yarışına start verilib.

Turnirin açılış oyununda Azərbaycanı təmsil edən “Gilan Holding” komandası – Argentinanın “Italdizain Group” kollektivi ilə qarşılaşıb. Oyun təmsilçilərimizin 9 - 7,5 hesablı qələbəsi ilə başa çatıb.

Günün digər görüşündə isə meydana İsveçrənin “Badrutt's Palace” və İspaniyanın “Bogner” komandaları çıxıblar. Bu qarşılaşmada İspaniya komandası 11-9 hesabı ilə qələbə qazanıb.

Bu gün “CBC Sport” Arena Polo Dünya Kuboku yarışında daha 2 oyun keçiriləcək.

Əvvəlcə meydana “Badrutt's Palace” və “Italdizain Group” komandaları çıxacaqlar. Görüş saat 18:00 –da başlayacaq. Saat 19:15 –də isə “Gilan Holdinq” poloçuları “Bogner” kollektivi ilə üz üzə gələcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti