...

Ronaldinyonun Bakıya gəlmə səbəbi məlum oldu - RƏSMİ

İdman Materials 20 Oktyabr 2016 15:16 (UTC +04:00)
Məşhur futbolçu, milyonların sevimlisi Ronaldinyo Azərbaycandadır.
Ronaldinyonun Bakıya gəlmə səbəbi məlum oldu - RƏSMİ

Bakı. Trend:

Məşhur futbolçu, milyonların sevimlisi Ronaldinyo Azərbaycandadır.

“Qəbələ” İdman Klubu növbəti layihəsini məhz Ronaldinyo ilə birlikdə həyata keçirməyə hazırlaşır.

Klubdan Trend-ə verilən məlumata görə, milyonlara topu sevdirən braziliyalı ölkəmizdə də bu missiyanın reallaşdırılmasında əvəzsiz rol oynayacaq.

Məlum olduğu kimi, futbolçunun doğulub boya-başa çatdığı Qremio şəhərində, həmçinin BƏƏ-nin Dubay şəhərində Ronaldinho Soccer Academy fəaliyyət göstərir. Növbəti belə məktəb məhz klubumuzun dəstəyi ilə Bakıda açılacaq.

Ronaldinyo Bakıya gəldi (FOTO)

Ronaldinyo Bakıya gəldi (FOTO)

6 yaşdan yuxarı futbolçular üçün nəzərdə tutulan məktəbdə həm ödənişsiz, həm də ödənişli əsaslarla məşqlər keçiriləcək. Yüksək səviyyəli meydançalarda veriləcək futbol təlimi ilə yanaşı, müxtəlif sosial fəaliyyətlər də nəzərdə tutulur.

Ölkəmizin regionları və xarici ölkələrə səfərlər, müxtəlif yarışlarda iştirak idman bünövrəsinin qoyulmasında, yay futbol məktəbləri, seminarlar, “Ronaldinyonun dili – portuqalca” dərsləri futbolçuların fərdi inkişafında rol oynayacaq.

Bu birgə fəaliyyətin ölkəmizdə futbolun daha da kütləşviləşdirilməsi və inkişafı yolunda böyük bir təkan olacağına inanırıq.

Xatırladaq ki, Ronaldinyonun iştirakı ilə mətbuat konfransı bu gün saat 16:00-da Olimpiya stadionunun konfrans zalında baş tutacaq. Mətbuat konfransının ardından Ronaldinyo Olimpiya stadionunun yardımçı meydançasında "Qəbələ" Akademiyasının U-15 komandası ilə məşqə çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti