...

Bakıda akrobatika gimnastikası üzrə çempionat başlayıb (FOTO)

İdman Materials 7 Noyabr 2016 13:00 (UTC +04:00)
Bu gün Bakıda akrobatika gimnastikası üzrə 23-cü Bakı çempionatı, eləcə də batut gimnastikası və tambliq üzrə 14-cü Azərbaycan birinciliyi və Bakı çempionatı start götürüb.
Bakıda akrobatika gimnastikası üzrə çempionat başlayıb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bu gün Bakıda akrobatika gimnastikası üzrə 23-cü Bakı çempionatı, eləcə də batut gimnastikası və tambliq üzrə 14-cü Azərbaycan birinciliyi və Bakı çempionatı start götürüb.

Yarışların ilk günündə qadın cütlükləri (uşaqlar – 2000-2007-ci il təvəllüdlü), kişi cütlükləri (böyüklər - 2002-ci il təvəllüdlü və daha böyüklər), qarışıq cütlüklər (böyüklər - 2002-ci il təvəllüdlü və daha böyüklər, uşaqlar – 2000-2007-ci il təvəllüdlü, balacalar – 2002-2010-cu il təvəllüdlü) və qadın qrupları (yeniyetmələr 1998-2006-ci il təvəllüdlü, uşaqlar – 2000-2007-ci il təvəllüdlü, balacalar – 2002-2010-cu il təvəllüdlü) medallar uğrunda mübarizə aparacaqlar.

50-dən çox idmançının iştirak edəcəyi yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” Klubu, “Neftçi” idman klubu və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi təmsil olunur.

Yarışlar Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında (www.agf.az) canlı yayımlanır. Turnir barədə daha ətraflı məlumatı Federasiyanın saytından almaq olar.

Yarışlar noyabrın 8-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti