...

Səmti müəyyənetmə üzrə beynəlxalq yarışda idmançılarımızın ilk qızıl medalları (FOTO)

İdman Materials 11 Noyabr 2016 12:54 (UTC +04:00)
Səmti müəyyənetmə üzrə beynəlxalq yarışda idmançılarımız ilk qızıl medallarını qazanıblar.
Səmti müəyyənetmə üzrə beynəlxalq yarışda idmançılarımızın ilk qızıl medalları  (FOTO)

Bakı. Trend:

Son illər Səmti Müəyyənetmə İdman Federasiyası tərəfindən təşkil edilmiş çoxsaylı yarışlar və bu yarışlarda rekorda sayda idmançı sayının iştirakı səmti müəyyənetmə idman növü üzrə ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcək idmaçıların yetişməsinə səbəb olub. Federasiyadan Trend-ə verilən məlumata görə, noyabrın 1-6 tarixlərində Türkiyədə təşkil edilmiş beynəlxalq “Istanbul 5 Days” turnirində idmançılarımız uğurlas çıxış ediblər.

Uzun, orta, klassik və sprint məsafələri üzrə 5 günün ümumi nəticəsinə görə “W35” kateqoriyasında çıxış edən Rəna Abaszadə (XDMX) və “W Open” kateqoriyasında çıxış edən Günay Həmdullayeva qızıl medal qazanıblar. “W21A” kateqoriyasında çıxış edən Dağçılıq İdman Klubunun yetirməsi Nataliya Şiyanova ölkəmizə gümüş, “M40” kateqoriyasında çıxış edən Xəyyam Məmmədov (XDMX) bürünc medal qazandırıb. Milli komandanın digər üzvü Süleyman Əliyev isə 4-cü yer ilə kifayətlənib.

Qazanılmış 2 qızıl medal səmti müəyyənetmə üzrə beynəlxalq yarışlarda ölkəmizin qazandığı ilk qızıl medallar kimi tarixə düşüb. Bundan öncə 2014-2015-ci illərdə ölkəmizə beynəlxalq yarışda gümüş və bürünc medalları “Antalya O Days” turnirinə qatılmış X.Məmmədov qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti